Şəmkirdə avtomobil aşdı – Sürücü dünyasını dəyişdibackend

Şəmkirdə avtomobil aşdı - Sürücü dünyasını dəyişdi

Şəmkir-Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Cənlibel kəndi ərazisində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü Eşqin Mehman oğlu Abbasovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*