Şəmkirdə ev yandıbackend

Şəmkirdə ev yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki,hadisə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü İ.Əliyeva məxus 50 kv.m evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ünumi sahəsi 50 kv.m. olan 1 mərtəbəli 1 otaqlı evin dam örtüyü 40 kv.m. sahədə və ev əşyaları ilə birlikdə yanıb.

Yanğın söndürülüb, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*