Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Azər Məsimov aralarında yaranan mübahisə zəminində tanışı və həmyaşıdı, 1986-cı il təvəllüdlü Zaman Hüseynovu bıçaqlayıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini A.Məsimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.