Şəmkirdə kanalda batan gəncin meyiti tapıldı – YENİLƏNİBbackend

Şəmkirdə kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

19:03

Şəmkir rayonu, Mahmudlu kəndində bir nəfər su kanalında batıb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu su kanalında batıb.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*