Şəmkirin icra başçısı DTX-nın əməliyyatından sonra şəhid anasının əlini öpüb? – AÇIQLAMAbackend

Şəmkirin icra başçısı DTX-nın əməliyyatından sonra şəhid anasının əlini öpüb? - AÇIQLAMA

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhid anasının əlindən öpməsini əks etdirən foto gündəmə çevrilib.

KONKRET.AZ bildirir ki, sosial şəbəkə istifadəçiləri və KİV-lər bu fotonu Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin həbsindən sonra çəkildiyini yazıblar.

“Azxeber.com” məsələni dəqiqləşdirmək üçün Şəmkir rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətinin Mətbuat xidmətindən bildirilib ki, foto dekabrın 18-də çəkilib: “Əvvəlcə onu bildirək ki, bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən Şəmkir rayonunda vətəndaş amili ən prioritet məsələlərdən hesab olunur. Demək olar ki, bütün kollektivi gənclərdən ibarət olan İcra Hakimiyyəti işçilərinin qarşısına qoyulan tələb vətəndaş məmnunluğu və şəffaflığın təmin olunmasıdır. Bu gün hər bir Şəmkir sakininə həssaslıqla yanaşılır. İstər qəbullarda, istərsə də səyyar görüşlərdə. O ki, qaldı fotoya, hər il olduğu kimi, bu il də dekabrın 18-də Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirilib. Görüşdə iştirak edən azsaylı xalqlardan, şəhid anası, Bayramlı kənd sakini Lyuda Feafovna icra başçısını evinə dəvət etdi və icra başçısı da bu dəvəti məmuniyyətlə qarşıladı. Foto da şəhidin məzarını ziyarətə gedən zaman çəkilib”.

İcra hakimiyyətindən həmçinin bildirilib ki, foto təsadüfən çəkilib:

“Bildirmək istəyirik ki, Şəmkir Rayon İcra Hakimiyyəti media ilə sıx əməkdaşlıq edir. KİV ilə işin düzgün təşkili, onların rayon haqqında əldə etmək istədikləri məlumatı operativ və onlara lazım olan səviyyədə təqdim etmək üçün müasir texniki avadanlılarla təchiz olunmuşuq. Özümüzün radiomuz, online TV-miz var. Araşdırma aparsanız görəcəksiniz ki, ölkədə həm izləyici sayına, həm də aktivliyinə görə Şəmkir İcra Hakimiyyətinin səhifəsi kimi ikinci bir rəsmi səhifə yoxdur. O foto da çəkliş qrupumnuz tərəfindən təsadüfən çəkilib. Bu qədər diqqət çəkəcəyini bilməzdik. Belə fotolar çoxdur. Daha əvvəllər, hətta 2-3 il bundan qabaq çəkilənlər var. Həmin fotoları da sizə təqdim edirik, baxa bilərsiniz. Vətəndaşlarla münasibətin və bizim üçün Şəmkir sakinlərinin nə qədər önəmli olduğunu qəbul fotolarından da görə bilərsiniz. Kim necə dərk edirsə etsin biz hər zaman beləyik, belə də davam edəcəyik. Çünki mənim Prezidentim “vətəndaşın qulu, köləsi olmalısan!” deyirsə, mənim bundan başqa vəzifə borcum olmamalıdır. Əsas odur bizə canımız qədər əziz olan şəmkirlilərin məmnunluğunu təmin edə bilirik”.

İcra hakimiyyəti 2 il əvvəl çəkilən fotoları da sayta təqdim edib:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*