Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavt Alper Gezeravcıya ürək sözlərini deyib:
KONKRET.az-ın məlumatına görə, dövlət başçısı Alperin bu kritik missiya ilə bütün milləti, xüsusilə, uşaq və gəncləri ruhlandırdığını bildirib:
“Sizin səfərinizlə kosmos tədqiqatlarında yeni bir dövrün qapısını açdıq. Sən bizim ilk astronavtımız idin, amma sonuncu olmayacaqsan”.
Qeyd edək ki, Ərdoğan Beynəlxalq Kosmik Stansiyada Alper Gezeravcı ilə canlı yayımda danışıb. Gezeravcı Türkiyə yeni əsrə qədəm qoyarkən ölkəsini bu missiyada təmsil etmək və bayrağını Beynəlxalq Kosmos Stansiyasına daşımaqdan qürur duyduğunu söyləyib.
Fatimə Lətif
KONKRET.az