Senat adı açıqlanmayan qadının namus məsələsini nəzarətə götürdübackend

Senat adı açıqlanmayan qadının namus məsələsini nəzarətə götürdü

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu günlərdə Qaşqadərya bölgəsinin Qarşi şəhərində gecə bir qadının zorlanmas ımediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bununla bağlı müxtəlif fikirlər qaldırılıb.

Namusuna təcavüz edildiyi qadının açıq havada günün axşam saatlarında evə gedərkən hücuma məruz qalması ölkədə birmənalı qarşılanmayıb. Müzakirələrdə vurğulanır ki, axşam saatlarında özbək qadınlarına cinsi təzavüz halları artıb. Özbəkistan Senatı hesab edir ki, əslində isə bu, dəhşətli cinayətin əsas səbəbi kimi göstərilə bilməz.

Senatın Qadın və Gender Bərabərliyi Komitəsi bunun belə olmadığını vurğulayır: “Unutmamalıyıq ki, ölkəmizin Konstitusiyası və qanunları hər bir vətəndaşa günün istənilən vaxtında küçədə gəzməyi qadağan etmir və sabitlik yüksək səviyyədə qorunur”.

Bu baxımdan cinsi təcavüz hallarının artması və bunun xüsusən gecələr baş verməsi barədə deyilənlərin heç bir əsası yoxdur.

Komitənin müraciətində deyilir ki, ailəsini təmin etmək üçün ofisiant işləyən və evə qayıdarkən təcavüzə məruz qalan qadının məsələsi diqqət mərkəzindədir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Komitə bildirir ki, fərdin azadlığının pozulmasına səbəb olan və cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcək.

Gender Bərabərliyi Komissiyası və Özbəkistan Respublikası Ali Məclisi Senatının Qadın və Gender Bərabərliyi Komitəsi aidiyyəti qurumların müvafiq cavablarına nəzarət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*