backend

Senator 2 cümlə ilə Trampı biabır etdi: "Ərdoğan vaz keçmədi, amma sən ..." - FOTO

Amerikalı senator Çak Şumerin (Chuck Schumer) Türkiyə ilə Amerika arasındakı sazişə dair paylaşdığı iki cümləlik “tweet” gündəm olub.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə və Amerika arasında Suriyanın gələcəyi ilə bağlı 13 maddəlik saziş  qəbul edilib. Sazişə əsasən, YPG 32 km geri çəkiləcək və yaradılacaq təhlükəsiz bölgənin hakimiyyəti Türkiyədə olacaq.

Türkiyənin masa ətrafında razılığa gəldiyi bu saziş ABŞ prezidenti Donald Trampa müxalif olan şəxsləri narahat edib.

Belə ki, Amerikalı senator Çak Şumer şəxsi “Twitter” hesabında “Prezident Ərdoğan heç bir şeydən vaz keçmədi. Tramp isə onun istədiyi hər şeyi verdi” şərhini yazıb.

Şumerin bu tviti türk istifadəçilər tərəfindən dəfələrlə paylaşılıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*