“Rusiyaya qarşı informasiya sahəsində “soyuq müharibə” aparılır”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.
Puşkov qeyd edir ki, Rusiya ərazisində fəaliyyət göstərən bəzi media quruluşları ABŞ, Almaniya kimi ölkələrdən maliyyələşir, lakin onların Tvitter səhifələrinə “dövlət nəşri” etiketi qoyulmur.
Puşkov belə “etiket”lərin yalnız Rusiya mediasına tətbiq edildiyini vurğulayıb:
“Bu cür ikili standart informasiya sahəsində Rusiyaya qarşı aparılan “soyuq müharibə” elementlərindən biridir”.