Sənədsiz evlərlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Sənədsiz evlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sənədsiz evlərə qeydiyyata düşmə halları var.

KONKRET.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Notariat idarəsinin böyük məsləhətçisi Seymur İsmayılov nazirliyin “Facebook” səhifəsində canlı yayımda suallara cavab olaraq deyib.

O bildirib ki, mövcud təcrübədə tikintiyə icazə verilən ərazilərdə binanın ünvanı qeyd olunur: “Həmin binalarda qeydiyyata düşmə halları var. Sadəcə, qanunvericilik baxımından şəxs yaşayış yeri üzrə qeydiyyatda olmalıdır. Mənzil kimi yaşayış sahəsi müəyyən edilməlidir, lakin minlərlə tikintisi başa çatmayan bina var, orada məskunlaşıblar. Təcrübədə həmin ünvalarda qeydiyyata alınma halları var”./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*