Şengen “qadağası” – Avropa türklərin üzünə yavaş-yavaş qapanırbackend

Şengen “qadağası” – Avropa türklərin üzünə yavaş-yavaş qapanır

Avropa Birliyinin rəsmi məlumatlarına görə, 200 min Türkiyə vətəndaşının viza müraciətinə mənfi cavab verilib. Bu il bu sayın artacağı gölənilir.

KONKRET.az xəbər verir ki, Avropa ölkələrinin Türkiyə vətəndaşlarına qarşı viza məhdudiyyəti artıq hər il öz aktuallığını saxlayır. Belarus, Rusiya, Hindistan, Mərakeş və Çin kimi ölkələrlə yanaşı Türkiyə vətəndaşları da ciddi əngəllərlə qarşılaşıb. Avropa Komissiyasının rəsmi rəqəmlərinə görə, yalnız iranlıların vizadan imtina nisbəti Türkiyə vətəndaşlarından daha yüksəkdir.

Aİ-yə tam üzv olmaq üçün müraciət edən və gömrük ittifaqında ortaqlığı olan Türkiyə Avropa Birliyi ilə imzalanan Assosiasiya Sazişlərinə baxmayaraq, türklərə qarşı haqsız olaraq tətbiq olunan viza məhdudiyyətləri mərhələli şəkildə sərtləşdirilir.

Qeyd edək ki, yalnız 2023-cü ildə AB ölkələrinə edilən 1 milyon 55 min 885 viza müraciətinin yüzdə 16-dan çoxu rədd edilib. Yəni təxminən 200 min türkə AB vizası verilməyib. 2022-ci ildə imtina nisbəti 25,1 faiz, 2023-cü ildə isə 30 faiz olan İran vətəndaşları bu sahədə türklərdən də pis vəziyyətdədir.

Bu sıralama ilə türklər Avropaya viza müraciətləri üçün ən çox rədd edilən ikinci ölkə olub. 2024-cü ildə vəziyyət daha da pisləşib. Koronavirusdan sonrakı intensivlik, iqtisadi böhran və Avropaya qeyri-qanuni girişlər vizaların daha da sərt şəkildə yoxlanılması ilə nəticələnib.

Almaniya viza təyinatlarının 7 aya qədər çəkə biləcəyini açıqlayıb. Proses təyin edildikdən sonra bir neçə ay çəksə də, viza ərizələrinin yekunlaşdırılması bir ilə qədər vaxt apara bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*