Sensasiyaya çevrilmiş ideal pəhriz – Çəki gündən-günə azalırbackend

Sensasiyaya çevrilmiş ideal pəhriz - Çəki gündən-günə azalır

Bütün dünyanı fəth edən çox təsirli bir pəhriz var. Bu pəhriz “sensasiya” adlanır.

KONKRET.az xəbər verir ki, belə bir pəhriz orta dərəcədə aşağı kalorili və kifayət qədər uzunmüddətlidir. 3 həftəyə qədər tətbiq oluna bilər. Pəhriz müəlliflərinin fikrincə, biz hər həftə 3-5 kq arıqlayırıq və 3 həftə ərzində bədənimizin ümumi çəki itkisi 7-12 kq olmalıdır. Bundan əlavə, itirilmiş kiloqramlar 3 il ərzində bərpa olunmur.

Odur ki, həftəlik qida rasionunu diqqətinizə çatdırırıq.

Qeyd edək ki, pəhrizin 2-ci və 3-cü həftələri birincinin təkrarıdır. 3-cü həftədə bu sensasiyalı pəhrizə sadiq qalmaq lazım deyil. Hər şey sizin qarşınıza qoyduğunuz məqsədlərdən asılıdır. Pəhriz zamanı yeməklər arasında qazsız su içmək qadağan deyil.

Həftəlik doza

1-ci gün.

Səhər yeməyi – 1 fincan qəhvə

Nahar – 2 qaynadılmış yumurta, bitki yağı ilə qızardılmış ispanaq və ya kök salatı, duzsuz 1 pomidor

Şam yeməyi – bitki yağında qızardılmış 200-250 q biftek, təzə tərəvəz və bitki yağı ilə salat

2-ci gün.

Səhər yeməyi – 1 fincan qəhvə, quru çörək

Nahar – 100 q biftek, 1 porsiya təzə tərəvəz salatı

Şam yeməyi – 200 q qaynadılmış ət, 1 stəkan qatıq.

3-cü gün.

Səhər yeməyi – 1 fincan qəhvə, quru çörək

Nahar – 1 kök, bitki yağında qızardılmış bir iri kök reyhan və ya kərəviz, 1 pomidor, 1 naringi və ya gavalı, 1-2 portağal

Şam yeməyi – nahar kimi

4-cü gün.

Səhər yeməyi – 1 fincan qəhvə

Nahar – 1 qaynadılmış yumurta, 3 böyük qaynadılmış kök salatı, 150 q pendir

Şam yeməyi – meyvə salatı (banansız)

5-ci gün.

Səhər yeməyi – limon suyu ilə rəndələnmiş yerkökü

Nahar – 0,5 kq qaynadılmış balıq, 1 pomidor

Şam yeməyi – 1 ədəd biftek, təzə tərəvəzlərdən salat (kələm, çuğundur, yerkökü, xiyar, bolqar bibərindən istifadə etmək olar)

6-cı gün.

Səhər yeməyi – 1 fincan qəhvə

Nahar – 0,5 kq bişmiş toyuq

Şam yeməyi – 2 yumurta, sürtgəcdən keçirilmiş kök, 1 stəkan çay

7-ci gün.

Səhər yeməyi – 1 stəkan çay

Nahar – 150-200 q bişmiş mal əti, 1 alma

Şam yeməyi – nahar kimi

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*