Astroloqlar sentyabr ayı üçün bürclərin ən uğurlu günlərini açıqlayıblar.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, hər kəsi fərqli enerjilər gözləyir.
Qoç – Ayın 5-i və 22-si uğurlu olacaq. Bu günlərdə yeni layihələrə başlamaq məsləhətdir.
Buğa – 9 və 18 sentyabr maliyyə baxımından şanslı günlər sayılır.
Əkizlər – 7 və 26-sı sevgi münasibətləri üçün ideal tarixlərdir.
Xərçəng – 3 və 21-i ailə və iş həyatında uğurlu olacaq.
Şir – 11 və 27 sentyabrda gözlənilməz xoş sürprizlər ola bilər.
Qız – 8 və 20-si iş həyatında yüksəliş üçün əlverişli günlərdir.
Tərəzi – 6 və 19-da yeni tanışlıqlar müsbət nəticə verəcək.
Əqrəb – 10 və 24 sentyabr şans qapılarını açacaq.
Oxatan – 4 və 17-də yaradıcılıq və səyahət üçün ideal vaxtdır.
Oğlaq – 12 və 25-i karyera baxımından mühüm fürsətlər gətirə bilər.
Dolça – 13 və 23-də dostluq və əməkdaşlıq ön plana çıxacaq.
Balıq – 2 və 15 sentyabr maliyyə və şəxsi həyat üçün uğurlu günlər sayılır.
Mütəxəssislər vurğulayırlar ki, bürclərin şanslı günlərində verilən qərarlar gələcəkdə müsbət nəticələr gətirə bilər.