Sentyabrda Türkiyədə inflyasiya dörddəbir əsrin rekordunu yeniləyib.
KONKRET.az xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) aylıq hesabatına görə sentyabrda Türkiyədə inflyasiya 3,08% artıb.
İllik əsasda artım 83,45% təşkil edib ki, bu da 1998-ci ildən bəri rekord göstəricidir.
Ötən ay inflyasiyada artım (+1,4% / 80,2%) olub, lakin tendensiya azalıb, göründüyü kimi, yenidən artıma çevrilib.
Hesabata görə, 2022-ci ilin avqust ayında Türkiyədə istehlak qiymətlərinin dəyişməsi indeksi illik müqayisədə 80,21%-ə çatıb.
Xuraman Etibarlı,
KONKRET.az