Sentyabrın 24-də ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun Zirvə görüşü keçiriləcəkbackend

Sentyabrın 24-də ABŞ-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun Zirvə görüşü keçiriləcək

Sentyabrın 24-də ABŞ-ın paytaxtı Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) Zirvə görüşü keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək.

Bu, “dördlüy”ün ilk birgə toplantısı olacaq.

Görüş zamanı ölkələrarası əlaqələrin dərinləşdirilməsi, pandemiyaya qarşı mübarizə tədbirləri, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar, habelə Hind-Sakit okeanı bölgəsində azadlığın təmin olunması istiqamətində əməkdaşlığı inkişaf etdirmək və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, bu ayın əvvəlində Bayden Avstraliyanın Baş naziri Skott Morrison ilə telefon danışığında “dördlüy”ün birgə zirvə görüşünün payızda keçirilməsinin planlaşdırıldığını razılaşdırmışdı.

Xatırladaq ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın təmsil olunduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun yaradılmasına 2007-ci ildə start verilib. 2019-cu ilin sentyabr ayında ilk dəfə olaraq adıçəkilən 4 dövlətin xarici işlər nazirlərinin dördtərəfli görüşü Nyu-Yorkda baş tutmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*