Sənubər Nəzərova vəzifədən azad edildibackend

Sənubər Nəzərova vəzifədən azad edildi

Azərbaycan Dəmir Yolları QSC-də kadr islahatı olub.

KONKRET.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.

QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.

Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl – 2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*