SEPAH generalı hədələdi: “Ordunu gücləndirmək üçün…”backend

SEPAH generalı hədələdi: "Ordunu gücləndirmək üçün..."

İran Rusiyadan “Su-35” qırıcıları almağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmani məlumat verib.

O bildirib ki, İran hakimiyyəti ordunun bütün qollarını gücləndirmək üçün silah almağa davam edəcək.

“Su-35 qırıcıları alınıb. Lazım gələrsə, hava, quru və dəniz qüvvələrimizi gücləndirmək üçün hərbi texnika alacağıq”, – deyə general vurğulayıb.

Ötən ilin yayında İranın ali liderinin müşaviri və ölkənin xarici əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib ki, Tehran Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır. O qeyd edib ki, İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müqavilələri üçün heç bir maneə yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*