SEPAH neft tankerini ələ keçirdibackend

SEPAH neft tankerini ələ keçirdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Kolumbiyaya məxsus “Alara” neft tankerini ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu haqda “Röyters” məlumat yayıb.

Məlumata görə, tankerin sahibi olan Kolumbiya şirkəti də tankerlə əlaqəni itirdiyini təsdiqləyib.

“Embry” Dəniz Təhlükəsizlik Şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Xorfəkkan limanı yaxınlığında bir neft tankerinin qəfildən kursundan yayınaraq İranın ərazi sularına doğru getdiyini açıqlamışdı.

Şirkət həmçinin tankerin BƏƏ-nin Əcman şəhərindən Sinqapura gedərkən və Hörmüz boğazından keçməzdən əvvəl üç kiçik qayıq tərəfindən hücuma məruz qaldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*