Arutyunyan erməniləri dua etməyə çağırdı – Tək çarə ona qalıb…backend

Arutyunyan erməniləri dua etməyə çağırdı - Tək çarə ona qalıb...

Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyan uduzduqları döyüşlərə əsgər toplamaq üçün ermənilərə videomüraciət ünvanlayıb.

Müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i qələbə üçün duaya ehtiyacları olduğunu deyib.

“Bütün kilsələrin əsgərlər üçün dua etmələrini istəyirəm. Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir”, – A. Arutyunyan qeyd edib.

O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırıb:

“Sizi təmas xəttində gözləyirlər. Gəlin vətənpərvərlik borcumuzu şərəflə yerinə yetirək”.

Qeyd edək ki, son günlər Ermənistan rəhbərliyi də bu cür videomüraciətlər yayaraq döyüşə getməyə hərbçi axtardığını dəfələrlə bəyan edib. Belə ki, Baş Nazir Nikol Paşinyan ötən gün rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib:

Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*