Separatçılar dəridən-qabıqdan çıxır: Aksiyaya gələnlərə 30 dollar verilirbackend

Separatçılar dəridən-qabıqdan çıxır: Aksiyaya gələnlərə 30 dollar verilir

Xankəndində planlaşdırılan mitinqin təşkilatçıları əllərindən gələni edirlər ki, mümkün qədər çox adamı cəlb etsinlər.

KONKRET.az xəbər verir ki, aksiyada kütləvi xarakter yaratmaq üçün bütün inzibati orqanlara konkret tapşırıqlar verilib, ətraf kəndlərdən sakinlərin gətirilməsi üçün avtobuslar təşkil edilib, maşın sürənlərə pulsuz yanacaq paylanıb. Üstəlik, mitinqdə iştiraka görə hər bir erməniyə 30-40 dollar vəd edilir. Hadisə yerindən çəkiliş üçün pulsuz internet paketi paylanılıb.

Məlumatlara görə, universitet tələbələrinə aksiyada iştirakdan imtina etsələr, ciddi problemlərlə üzləşəcəkləri deyilib.

Məlumdur ki, mitinqin təşkili hansısa bir şirkətə həvalə edilib. Onun əsas vəzifəsi aksiyanın kütləviliyini göstərməkdir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*