Serb Respublikası Prezidentinin mandatı ləğv edildibackend

Serb Respublikası Prezidentinin mandatı ləğv edildi

Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Serb Respublikasının Prezidenti Milorad Dodikin mandatını ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Dodik bu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Qərarın qüvvədə qalacağı halda 90 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.

Qeyd edək ki, Bosniya və Herseqovina Məhkəməsinin Apellyasiya Palatası ölkənin Konstitusiya Məhkəməsinin Dodikə qarşı çıxardığı hökmü – bir il müddətinə həbs cəzasını və sonrakı altı il ərzində dövlət vəzifələrində çalışmaqla bağlı qadağanı təsdiqləyib.

Hökm Dodikin Bosniya və Herseqovina üzrə ali nümayəndə Kristian Şmidtin (Serb Respublikası tərəfindən legitimliyi tanınmır) sərəncamlarını yerinə yetirməməsi ilə əlaqədar çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*