Serbiya: Belqrad Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəkbackend

Serbiya: Belqrad Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək

Serbiya parlamentinin spikeri Maya Qoykoviç ölkəsinin Rusiyaya qarşı heç zaman sanksiya tətbiq etməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb.

Dövlət Duması ilə Serbiya parlamenti arasında əməkdaşlıq üzrə Komissiyanın iclasında spiker qeyd edib ki, Belqrad Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyib və bundan sonra da bunu etmək niyyətində deyil.

Yanvarın sonunda Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib ki, Avropa siyasətçiləri Serbiya və Rusiya İttifaqına qarşı mübarizə aparmağa çalışarkən ikili standartlar tətbiq edirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*