Serdar Kılıç: Ermənistanla sərhədin açılması bütün ölkəyə ciddi təsir göstərəcəkbackend

Serdar Kılıç: Ermənistanla sərhədin açılması bütün ölkəyə ciddi təsir göstərəcək

Ermənistanla sərhədin açılması həm Qars bölgəsinə, həm də bütün ölkəyə ciddi təsir göstərəcək.

KONKRET.az Türkiyənin BNA agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan-Türkiyə sərhədinin açılmasının Qarsın iqtisadiyyatına təsiri ilə bağlı Qars Ticarət və Sənaye Palatasının rəhbərinin və bölgənin digər rəsmilərinin iştirakı ilə keçirilən müzakirədə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi elçi Serdar Kılıç deyib.

Görüş zamanı Kılıç prosesin nəticələrini iştirakçılara təqdim edib.

Öz növbəsində Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin inkişafını yaxından izlədiyini qeyd edib və bu prosesin Ermənistanla sərhədlərin açılmasına böyük təsir göstərəcəyini vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin açılması ilə Qarsda işsizlik səviyyəsi azalacaq, ölkə iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*