Serdar Kılıç və Ruben Rubinyanın görüşü planlaşdırıldıbackend

Serdar Kılıç və Ruben Rubinyanın görüşü planlaşdırıldı

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə KİV-lərinin Ermənistan və Türkiyə nümayəndə heyətlərinin “Marqarə-Alican” sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair gələn həftə keçiriləcək görüşlə bağlı məlumatını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılıb,” – deyə respublikanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Onu da qeyd edək ki, bu barədə “Armenpress” agentliyinə Milli Məclis sədrinin müavini Ruben Rubinyanın ofisindən də məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*