Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını kədərləndirib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər evrir ki, son zamanlar mərc araşdırması ilə gündəm olan məşhur müğənni Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını qorxudub.
Paylaşılan videoda Sərdar Ortaç əlil arabasında olub.
Ortaç həyatını asanlaşdırdığını, daha sonra yeriməkdə çətinlik çəkdiyini söylədiyi əlil arabasını göstərib. MS xəstəliyi ilə mübarizə aparan Ortaçın yanındakı şəxsə “Kaş dərdimi biləydin” deməsi diqqət çəkib.
Mahnıları ilə hər zaman məşhur olan Ortaçın bu halına “Nə idin, nə oldun?” tipli şərhlər yazılıb.