Serebral iflicdən əziyyət çəkən 14 yaşlı Mirəli ilə bağlı AÇIQLAMAbackend

Serebral iflicdən əziyyət çəkən 14 yaşlı Mirəli ilə bağlı AÇIQLAMA

Bir neçə gün öncə Cəlilabad rayon sakini Saməddin Məmmədov sosial şəbəkə hesabında serebral iflic xəstəsi olan nəvəsi ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, vətəndaş iddia edib ki, 14 yaşlı nəvəsi Mirəli Ağaşovun əlilliklə bağlı müraciətlərinə imtina verilib. Daha sonra baba sözügedən videonu silib və qeyd edib ki, şikayəti ilə bağlı anlaşılmazlıq olub. Belə ki, o, serebral iflicdən əziyyət çəkən nəvəsinə 2-ci qrup kimi deyil, 1-ci qrup kimi əlillik verilməsi məqsədilə müraciət etdiyini əlavə edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə belə cavab verdi: “Sosial şəbəkə hesabında özünü “blogger” kimi təqdim və reklam edən şəxs növbəti dəfə yalan və böhtan yayaraq insanlarda yanlış rəy yaratmağa cəhd edir.

Paylaşdığı videodakı uşaq – Cəlilabad rayon sakini, 2010-cu il təvəllüdlü Ağaşov Mirəli Rəşad oğluna hələ 2013-cü ildən “Uşaq serebral iflici” diaqnozu ilə əlillik təyin edilib. Hazırda da müddətsiz (ömürlük) əlilliyi və əlilliyə görə də aylıq sosial ödənişlərlə təminatı davam edir”. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*