“Şeremetyevo”da tərk edilən uşaqları anaları götürdübackend

“Şeremetyevo”da tərk edilən uşaqları anaları götürdü  

Moskvanın “Şeremetyevo” hava limanında ataları tərəfindən tərk edilən iki azyaşlı oğlan Komsomolsk-na-Amure şəhərində yaşayan doğma anaları tərəfindən götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Xabarovsk diyarının təhsil nazirliyindən bildiriblər ki, nənənin adına rəsmiləşdirilən müvəqqəti qəyyumluq artıq qüvvəsini itirib.

“Uşaqları doğma anaları götürüb, indi onlar birlikdədirlər”, — nazirlikdən deyiblər.

Oğlanlar Komsomolsk-na-Amure şəhərində təhsil müəssisələrinə yerləşdiriliblər, burada onlarla psixoloqlar çalışacaqlar.

Qeyd edək ki, yanvarın 26-da Xabarovskdan “Şeremetyevo”ya gələn kişi hava limanında beş və yeddi yaşlı iki oğlunu tərk edib. Uşaqlardan birinin çantasında qeyd tapılıb.

O, müvəqqəti olaraq uşaqları sığınacağa yerləşdirməyi xahiş edib və daha sonra onları oradan götürməyi vəd edib. O, bu hərəkəti ağır maliyyə vəziyyəti və başqa çıxış yolu olmaması ilə izah edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*