“Şeremetyevo”da yanacaqdoldurma maşını təyyarə ilə toqquşdu – Xəsarət alan varbackend

“Şeremetyevo”da yanacaqdoldurma maşını təyyarə ilə toqquşdu – Xəsarət alan var

Moskvanın Şeremetyevo hava limanında yanacaqdoldurma maşını təyyarə ilə toqquşub, bir nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS təcili yardım xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“Təyyarənin dayanacağında tanker manevr edərkən Airbus A321 təyyarəsi ilə toqquşub”. Agentliyin həmsöhbəti deyib.

O, hava limanının bir işçisinin xəsarət aldığını qeyd edib. Kişi tibbi yardım alıb.

Bu hadisə “Şeremetyevo”nun işinə təsir göstərməyib.

Babək Göyüş

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*