Krım rəhbəri Sergey Aksyonov Kiyevin yarımadaya nəzarəti dövründə bütün Ukrayna prezidentlərinin onu həbsə atmaq istədiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə “Krım 24” telekanalının efirində deyib: “Ukraynanın bütün prezidentləri məni həbs etmək arzusunda idilər, Ukrayna rəhbərləri şəxsən mənim üzərimdə işləyir, bu vəziyyəti tam tənzimləmək üçün variant axtarırdılar”. Xatırladaq ki, Rusiya Krımı işğal etməzdən əvvəl Aksyonov “Rusiya Birliyi” partiyasının rəhbəri olub. Onun rəhbərliyi altında rus əhalisinin hüquqlarına dəstək məqsədilə müntəzəm mitinqlər təşkil olunub.
Vəli Həsənov,
KONKRET.az