Sergey Lavrov 8 ildən sonra Suriyaya getdi – Əsədlə görüşəcəkbackend

Sergey Lavrov 8 ildən sonra Suriyaya getdi – Əsədlə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Suriyanın paytaxtı Dəməşq şəhərinə gedib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Nazirin heyətinin Dəməşq beynəlxalq hava limanına endiyi qeyd olunur. Rusiya Xarici İşlər Nazirinin Suriya Prezidenti Bəşər Əsəd tərəfindən qəbul ediləcəyi gözlənilir. Suriyanın xarici işlər naziri Vəlid Muallem ilə də görüş planlaşdırılır.

Bu, Lavrovun 2012-ci ilin fevralından bəri Suriyaya ilk səfəridir. Bundan əvvəl Suriya mətbuatı Baş nazirinin müavini Yuri Borisovun başçılıq etdiyi Rusiya hökumət nümayəndə heyətinin Dəmışqə gəldiyini yazmışdı.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*