Sergey Lavrov Kiprin ən yüksək mükafatını aldıbackend

Sergey Lavrov Kiprin ən yüksək mükafatını aldı

Kipr Prezidenti Nikos Anastasiadis Rusiya Xarici İşlər Naziri Sergey Lavrovu III Böyük Makarios ordeni ilə təltif edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, bundan əvvəl Lavrov Lefkoşada Anastasiadis ilə görüşüb.

Mərasim prezident sarayında baş tutub və Kiprin RİK televiziyasında canlı olaraq göstərilib.

III Makarios ordeni Kiprdə ən yüksək mükafatdır. 1991-ci ildə yaradılıb. Kipr Respublikasının ilk Prezidenti, Baş yepiskop III Makariosun adını alıb.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*