Sergey Lavrov: “Suriyada Rusiya hərbi bazaları beynəlxalq normalara uyğun yerləşdirilib”backend

Sergey Lavrov: “Suriyada Rusiya hərbi bazaları beynəlxalq normalara uyğun yerləşdirilib”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada Rusiya hərbi bazalarının yerləşdirilməsi beynəlxalq hüquqa uyğun olaraq bağlanmış mövcud dövlətlərarası sazişlərlə təmin edilir.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Lavrovun sözlərinə görə, qeyd olunan sazişlərin hər biri bu obyektlərin istismar şərtlərini müəyyən edir və hər iki tərəfin müəyyən öhdəliklərini ehtiva edir: “Suriya xarici tərəfdaşlarla müqavilə bağlamaq və ləğv etmək hüququna malik suveren ölkədir. Müasir Suriya dövlətinin mövcud olduğu onilliklər ərzində bir çox müqavilələr imzalanıb. Eyni zamanda, onun yeni səlahiyyətli orqanları tərəfindən bu cür aktların inventarlaşdırılması və onlara yenidən baxılması istiqamətində gördüyü işlərdən xəbərimiz yoxdur. Bununla bağlı Rusiya tərəfinə heç bir müraciət daxil olmayıb”, deyə lavrov bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*