Sergey Markov: Paşinyan Njdeni qəhrəmanlaşdırmaqla müharibə cinayətkarları üçün siyasi platforma yaradırbackend

Sergey Markov: Paşinyan Njdeni qəhrəmanlaşdırmaqla müharibə cinayətkarları üçün siyasi platforma yaradır

Njde, Bandera və digər nasistlərin “qəhrəmanlaşdırılması”nın məqsədi müharibə cinayətkarları üçün siyasi platforma yaratmaqdır.

KONKRET.az xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış rusiyalı ekspert Sergey Markov söyləyib.

“Nasist cinayətkarlarının qəhrəmanlaşdırılması müəyyən siyasi qüvvələr tərəfindən öz maraqlarına uyğun olaraq həyata keçirilir. Bu, bir qayda olaraq, nasist rejiminə fəal kömək göstərən, Hitlerlə əməkdaşlıq edən, kütləvi cinayətlərdə ortaq olanların ideyası ilə həmrəylik təşkil edənlər tərəfindən həyata keçirilir” Markov deyib.

Onun sözlərinə görə, bu qüvvələr çox vaxt rusofobiya xarakterli açıq millətçidirlər.

“Bir sıra ölkələrdə hakimiyyəti ələ keçirməyə çalışan mövcud siyasi rusofoblar tarixdə sələflərini axtarmağa çalışırlar. Ancaq orada yalnız cəhənnəm odu adlandırıla biləcək caniləri tapırlar. Bunlar Njde, Bandera və digər personajlardır” deyə rusiyalı ekspert qeyd edib.

Sergey Markov təəssüf hissi ilə əlavə edib ki, Qərb ölkələri tabeçiliyindəki müttəfiqlərinə müharibə cinayətkarları ilə siyasi əlaqələrini istifadə etməyə icazə verirlər.

“Beləliklə, siyasi hakimiyyəti ələ keçirmək vəzifəsini qoyan və bunun üçün nasist cinayətkarlarından istifadə edən bir siyasi cərəyan yarandı. Bunun klassik versiyası Qareqin Njdedir. O, Paşinyan kimi sevimlilərinin xoşuna gəlir. Bu insanların məqsədi müharibə cinayətlərində iştirak edən sərt bir millətçinin aktiv olmasını göstərməkdir. Njde Adolf Hitler və SD-nin təhlükəsizlik xidməti ilə fəal əməkdaşlıq etməyə başladıqda belə millətçi olmağı dayandırmadı, əsgərlərimizi öldürmək, obyektləri partlatmaq üçün Qırmızı Ordunun arxasına diversiya qruplarını göndərdi. Paşinyanın bu kimi cılız fiqurlar vasitəsi ilə siyasi dəstək tapmaq cəhdləri müxalifəti məğlub etmək istəyindən və öz siyasətlərini əsaslandırmaqdan irəli gəlir”. Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru belə deyib.

Müsahibimizin dediyinə görə, Njde kimi insanlar müharibə cinayətkarları və minlərlə mülki qurbanların qanı ilə ləkələnmiş ulu millətçilərdir. “Bu, o deməkdir ki, indi Njdeni və başqalarını öz bayraqları altına düzməyə çalışan insanlar bu cinayətləri təkrar etməyə hazırdırlar. Sadəcə bu, akademik təlimləri deyil, müharibə cinayətkarları üçün siyasi platforma yaradır. Onların öz siyasət və hərəkətlərini əsaslandırılmaq üçün məqsəd və vəzifələri var. Onlar Njde, Bandera və digərilərinin imicinə girərək millətçilik zəminində müharibə cinayətləri hazırlayırlar” deyib.

Nasist qoşunları tərəfində vuruşan babası haqda mediada yayılan məlumatlara görə Nikol Paşinyanın ətrafında bir neçə gündür baş verən qalmaqaldan danışarkən, rusiyalı ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Njdeni bu qədər canfəşanlıqla müdafiə edir və bu nasist caninin imicini şəxsi motivlərlə canlandırmaq istəyir.

“İndi yaxşı bir şəkildə normal araşdırma aparılmalı və qəti cavab verilməlidir. Nikol Paşinyanın babası kim olub? Ancaq mümkündür ki, Ermənistan baş nazirinin babası ilə erməni legionu arasındakı əlaqə Paşinyana bu qədər pozitiv enerji verir” deyə Sergey Markov əlavə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*