“Azərbaycanın Naxçıvana və daha sonra Türkiyəyə aparan bir yolun açılması iqtisadi cəhətdən çox cəlbedicidir. Bu, Dağlıq Qarabağın blokdan çıxarılmasına və Azərbaycanın Dağlıq Qarabağa inteqrasiyasının növbəti mərhələsidir. Azərbaycan hədəflərinin ilkin mərhələsinə hərbi sahədə nail oldu. Bu mərhələdə Azərbaycan məqsədlərinə 40 faiz çatmış oldu”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov söyləyib.
O, daha sonra deyib ki, “İkinci mərhələdə Azərbaycan Ermənistanı diplomatik sahədə məğlub etdi. Artıq beynəlxalq güclər Azərbaycan reallıqları ilə barışmaq zorundadır. Bu, Azərbaycanın ikinci böyük zəfəridir. Nəticədə Azərbaycan məqsədlərinə daha 30 faiz yaxınlaşdı”.
“Qalan 30% artıq üçüncü mərhələdə – iqtisadi inteqrasiya yolları ilə nail olunacaq. Bütün yollar blokdan çıxarılacaq və Xankəndi uzaq və kasıb İrəvana deyil, zəngin və yaxın Bakıya üz tutacaq. Ona görə də bütün yollar açılmalıdır, insanların normal hərəkəti təmin edilməlidir”.
KONKRET.az