Azərbaycan Rusiya üçün ən vacib tərəfdaşdır.
KONKRET.az xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev deyib. O bildirib ki, Azərbaycan Rusiya üçün ən mühüm tərəfdaşdır.
Qlazyev belə bir bəyanatla “AİB – Azərbaycan. Bakıda iqtisadi əməkdaşlığın inkişaf perspektivləri” forumunda dəyirmi masa zamanı çıxış edib.
Onun sözlərinə görə, Bakı və Moskva AİB və Azərbaycan arasında azad ticarət rejimini qoruyaraq birgə əməkdaşlıq əlaqələri qurur. Bu baxımdan hazırda əməkdaşlığın qurulması üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, Qlazyev vurğulayıb ki, Azərbaycan AİB-ini İran, Türkiyə və Hindistanla birləşdirən əsas tranzit ölkə kimi mühüm mövqe tutur.
Xuraman Etibarlı,
KONKRET.az