Sergey Şoyqu rus generalları ilə Minskə getdi – SƏBƏBİ AÇIQLANDIbackend

Sergey Şoyqu rus generalları ilə Minskə getdi – SƏBƏBİ AÇIQLANDI

Nazir Sergey Şoyqunun başçılıq etdiyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Minskə gəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Səfərin məqsədi Belarus ilə Rusiya arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

14 sentyabrda Soçidə prezident Aleksandr Lukaşenkonu qəbul edən Prezident Vladimir Putin hər iki dövlətin ərazilərində aylıq hərbi təlimlər keçirəcəklərini açıqlayıb.

Lukaşenko öz növbəsində Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xreninə qarşıdakı illər üçün birgə təlimlər proqramı üzərində çalışmaq tapşırığını verib.

Şoyqu eyni tapşırığı Putindən alıb.

Bundan əlavə, bazar ertəsi günü Belarusda “Slavyan qardaşlığı” adlı Rusiya-Belarus təlimləri başlayıb.

Rusiya Federasiyası Müdafiə Nazirliyi təlimlərin keçirilməsi ilə bağlı razılığın keçən ilin oktyabrında əldə edildiyini, tədbirin terrorla mübarizə xarakterli olduğunu söyləyib.

KTMT-nin sülhməramlı qüvvələri 12-16 oktyabr tarixlərində Losvido poliqonunda Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan bölmələrinin iştirakı ilə təlimlər keçirəcəklər. Sülhməramlı əməliyyatın hazırlanması və aparılması məsələləri işlənəcək.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*