Sərhədçilərimizin nəzərinə: Saxta pasportlu iranlıların sayı artıbbackend

Sərhədçilərimizin nəzərinə: Saxta pasportlu iranlıların sayı artıb

Daşkənd Beynəlxalq Hava limanında saxta italyan pasportları ilə sərhədi keçməyə cəhd göstərən iki İran vətəndaşı saxlanılıb. KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları məlumat yayıb.

İki nəfər İstanbuldan Daşkəndə gələrkən hava limanında pasport nəzarətindən keçərkən İtaliya vətəndaşları kimi pasport təqdim ediblər. Ancaq sərhədçilər sənədlərin həqiqiliyinə şübhə ilə yanaşıblar. Yoxlama zamanı pasportların saxta, kişilərin isə İran vətəndaşı olduqları məlum olub.

Oxşar hadisə oktyabrın ortalarında Qazaxıstanın Almatı hava limanında baş verib. Saxta İtalyan pasportları ilə iki iranlı – İstanbuldan gələn ana və qızı tutulub.

Digər hadisə Moldovada baş verib. Sərhəd məntəqəsində azyaşlı qızı olan ana İstanbuldan Kişinyova gələrkən hava limanında Moldova sərhədçiləri tərəfindən tutulmuşdu. Bu dəfə isə qadınlar Polşa pasportlarını təqdim etmişdilər.

Oktyabrın əvvəlində isə Minskdəki hava limanından Nur-Sultana gələn digər İran vətəndaşları sərhədçilərə saxta ispan pasportları təqdim edərkən saxlanılıblar. Saxlanılanların dediyinə görə, onlar Böyük Britaniyaya getməyi planlaşdırırmışlar.

Xatırladaq ki, 2017-ci ilin aprelində Gürcüstan hakimiyyəti İran vətəndaşlarının Avropa ölkələrinə getməsi üçün saxta pasportlar hazırlayan cinayətkar dəstəni müəyyən edib. Cinayətin əsas təşkilatçılarından biri iranlılara saxta pasport hazırlayan Türkiyə vətəndaşı olub.

Yeri gəlmişkən, 2019-cu il üçün dünya pasportlarının reytinqində İran KXDR və Efiopiya ilə 96-cı pilləni bölüşür. İranlılar vizasız dünyanın yalnız 42 ölkəsinə baş çəkə bilərlər. İrandan gələnlər üçün ən populyar ölkələr Malayziya, Türkiyə, Ermənistan və Gürcüstandır. Ayrıca İranlılar Serbiya, Tanzaniya, Somali, Mozambik, Kamboca, Ekvador, Qvineya-Bisau, Madaqaskar, Tacikistan, Livan, Venesuela, Nepal, Samoa, Boliviya, Dominik RespublikasıMikroneziyanı da vizasız ziyarət edə bilərlər. İranlıların sosial şəbəkələrdə dediyi kimi, bu ölkələrin əksəriyyəti haqqında heç eşitməmişdilər. AB dövlətləri İran vətəndaşlarına viza verməkdə son dərəcə maraqsızdır və son vaxtlar İranlıların ABŞ-a girişi qadağan edilib.

Bir cavab yazın