“Sərhəddə azərbaycanlıları gördüm” – Musəvi sirləri açdıbackend

“Sərhəddə azərbaycanlıları gördüm” – Musəvi sirləri açdı

Millətcə fars olan memar Səfər Musəvi mənimlə görüş zamanı Ermənistanda cəbhə xəttində aparılan tikinti işlərindən danışıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ermənistanlı jurnalist və ictimai xadim Nairi Hoxikyan Facebook paylaşımında bildirib.

Hoxikyanın məlumatına görə, Musəvi və qrupu aylarla bunkerlər və digər istehkamlar tikiblər, eyni zamanda azərbaycanlıların mövqelərin bütün sirlərini lentə almaq imkanına malik olduğunu qeyd edib.

Hoxikyan iddia edir ki, müqavilədə nəzərdə tutulmuş 12 milyon dram dövlət büdcəsindən Səfər və qrupuna ödənilməyib. Daha sonra Musəvi pulu tələb etmək üçün Aram Sarkisyana bağlı şəxslərlə qarşılaşdığında zorakılığa məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*