Sərhəddə nə baş verib? – Bir qırğız hərbçi yaralandı, tacikistanlı mülki şəxs həlak oldubackend

Sərhəddə nə baş verib? - Bir qırğız hərbçi yaralandı, tacikistanlı mülki şəxs həlak oldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Xəbər veridyimiz kimi, avqustun 6-da səhər saatlarında Qırğızıstan Sərhəd Qoşunlarının Kuktoş sərhəd postunun rəisi, baş leytenant Kabirov Şer Çorkux kəndi yaxınlığında Tacikistan ərazisindən naməlum şəxs tərəfindən TOZ-8 ov tüfəngi ilə atılan atəş nəticəsində yaralanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, dövlət sərhədindən 1 kilometr aralıda, Çorkux kəndinin sakini, 1995-ci il təvəllüdlü Tacikistan vətəndaşı, 4 nömrəli briqadanın bağbanı Vaxxobov Vohid Abdulxayeviç qırğız tərəfdən atılan atəş nəticəsində ayağından yaralanıb, nəticədə o, həlak olub.

İki ölkənin müvafiq qurumları hadisə yerindədir, təfərrüatları aydınlaşdırmaq üçün istintaq hərəkətləri aparılır və yerli əhalidən izahat alınır.

 

KONKRET.az         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*