Türkiyənin kənd məhəlləsində yaşayan vətəndaş evində hobbi olaraq qurduğu simsiz stansiya ilə 180 ölkəylə əlaqə saxlayır.
KONKRET.az xəbər verir ki, Radio Həvəskarları Hava və Təbiət İdmanları Dərnəyi (SAMRAD) sədri İlyas Çətin hobbi məqsədi ilə radio stansiyası qurub.
1987-ci ildən radio hobbisini davam etdirən İlyas Çətin evində qurduğu radio ilə uzaqdan-yaxından hər kəslə ünsiyyət qurmağı bacarır.
O, qeyd edir ki, 1987-ci ildə bir lisenziya qrupu ilə işə başlayıb. Bu cizahlarda siqnal və müxtəlif rejimlər var. Bu rejimlər vasitəsilə uzaq məsafədə olan insanlar ilə əlaqə qurmaq mümkündür.
Aynurə İsmayıl
KONKRET.az