“Təşkilat” serialından uzaqlaşdırılan Aybüke Pusatın yeni layihəsi bəlli olub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, TRT-nin “Təşkilat” serialından uzaqlaşdırılan məşhur aktrisa Aybüke Pusat yeni layihəsi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Aktrisa bu dəfə “Halef” adlı serialda baş rola çəkiləcək.
Yeni serialın çəkilişləri Şanlıurfada aparılır. Layihə NOW TV-də yayımlanacaq və Most Yapım tərəfindən istehsal olunur. Aybüke Pusat serialda “Melek” obrazını canlandıracaq. Serialın digər əsas rollarında İlhan Şen (Serhat) və Biran Damla Yılmaz (Yıldız) yer alır.
Süjetə görə Melek və Serhat arasında başlayan gizli sevgi evliliklə nəticələnir. Lakin Serhatın ailə səbəbilə doğma şəhərinə qayıtması və burada Yıldız adlı bir qadının həyatına daxil olması hadisələrin gedişatını dəyişir.
Qeyd edək ki, Aybüke Pusat daha əvvəl sosial mediada etdiyi paylaşım səbəbilə “Təşkilat” serialından çıxarılmışdı.