KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın məşhur serial ulduzundan artıq ölkədən çıxmamaq haqqında iltizam alınıb.
Qeyd edək ki, alt paltarında kokain gəzdirən 39 yaşlı teatr və kino aktrisası Natalya Boçkareva etdiyi cinayətə görə məhkəmə qarşısına çıxacaq.
Moskvanın Simonovski Məhkəməsi aktrisa Natalya Boçkarevanın işinin paytaxt məhkəmələrindən birinə köçürüldüyünü elan edib.
Qeyd edək ki, sentyabrın 28-də yol polisi əməkdaşları 39 yaşlı Boçkarevanın idarə etdiyi Kadillak markalı avtomobili dayandırıblar. Aktrisanın sənədlərini yoxlayarkən yol polisi əməkdaşları onun alkoqollu olduğunun fərqinə varıblar və buna görə şahidlərin iştirakı ilə ondan tibbi müayinədən keçməsini istəyiblər.
Yoxlama zamanı aktrisada 0.69 qram ağırlığında narkotik maddə olan paket tapılıb. Boçkarevaya Cinayət Məcəlləsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 228-ci maddəsi (“Narkotik vasitələrin satılması məqsədi olmadan qanunsuz yolla əldə etmə, saxlama, daşıma, istehsal, emal”), üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə 40 min rubl cərimə nəzərdə tutur.
Boçkarevanın ölkəni tərk etməməsi və düzgün davranışı ilə bağlı dilindən iltizam da alınıb. O, narkotik daşıdığını qəti şəkildə rədd edib, baş verənləri zarafat adlandırıb.
Oktyabrın 18-də Ədalət Məhkəməsi Boçkarevi 1 il 8 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edib. Bundan əlavə, məhkəmə aktrisaya 30 min rubl məbləğində inzibati cərimə təyin edib. Aktrisa məhkəmənin qərarından şikayət etməyib.