Serialların ulduzu öldübackend

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və “Desperate Housewives” (“Ümidsiz Evdar Qadınlar”) serialının ulduzu Valeri Mahaffey həyatını itirib. O, 71 yaşında idi.

KONKRET.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Cozeph Kell bildirib.

Aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb, lakin Cozeph Kell qeyd edib ki, Valeri uzun müddət xərçənglə mübarizə aparırdı.

 

 

“Ömrümün sevgisini itirdim, Amerika isə ən cazibədar aktrisalardan birini itirdi. Onu üçün çox darıxacağıq”, – deyə Cozeph Kell deyib.

Valeri Mahaffey haqqında məlumat

Valeri Mahaffey aktyorluq karyerasına 1979-cu ildə NBC-nin “The Doctors” (“Həkimlər”) adlı filmində baş rolda başlayıb. Bir il sonra o, “Dram serialında ən yaxşı ikinci plan qadın rolu” kateqoriyasında “Emmy” mükafatına namizəd olub. Valeri Mahaffeyin ən tanınmış filmləri və layihələri arasında “Valiant Women” (“Cəsur Qadınlar”), “Miracle on the Hudson” (“Hudson Möcüzəsi”), “Fresno” mini-serialı və “Desperate Housewives” serialı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*