Bu il Ermənistanda dövlət qulluqçularının sayı 1400 nəfər, xidməti maşınların sayı isə 21 ədəd artıb. Dərin iqtisadi böhran yaşayan Ermənistanda hökumətin bu addımı ciddi narazılıq yaradıb. Ermənistanın keçmiş maliyyə naziri, maliyyə menecmenti sahəsində beynəlxalq ekspert Vardan Aramyan deyir ki, 2020-ci ildə dövlət sektorunda işləyənlərin maaşlardan əlavə aldıqları mükafatlar 2019-cu illə müqayisədə xeyli artıb.
“Ən pisi budur ki, nağd mükafatlar (konvertlər) peşəkar qabiliyyətlər nəzərə alınmadan verilir. Mən maaşımdan olduqca yüksək bir vergi ödəyirəm. Və bəzi nazirlərin vergilərimdən mükafat alması mənim üçün xoşagəlməz bir şeydir. Niyə biz vergi ödəyiciləri belə bədbəxtik? Vergiləri ödəyirik və dövlətin bu vəsaitdən necə istifadə etdiyini qətiyyən bilmirik. Mənə elə gəlir ki, hər bir vergi ödəyicisinin, o cümlədən mənim də bunu bilmək haqqım var”.
KONKRET.az xəbər verir ki, keçmiş maliyyə naziri Vardan Aramyan bunu hökümətin yarıtmaz fəaliyyətini tənqid edərkən deyib.
Keçmiş nazir vergi ödəyicilərinin narazılığının əsas səbəbinin, əldə olunan dövlət vəsaitlərinin şəffaf xərclənməməsi və peşə qabiliyyətləri nəzərə alınmadan və işin nəticələri qiymətləndirilmədən bərabər paylanmasından ibarət olduğuna əmindir.
“Mən dövlət sektorunda çalışdım, orada çalışan insanların fədakarlığını çox yüksək qiymətləndirirəm. Çünki özəl sektorda çalışdıqları enerjini yüksək maaşla sərmayə edə bilərlər. Ancaq biliklərini yaxşılıq üçün istifadə edirlər, bu insanlar həqiqətən öz işlərinə və ölkələrinə sadiqdirlər. Adlarını çəkməyəcəyəm, amma indi Maliyyə Nazirliyi və Dövlət Gəlir Komitəsində özəl sektorun nümayəndələrindən daha yüksək əmək haqqı alırlar. Bu, ədalətsizlikdir”.
KONKRET.az