Serj Sarkisyanın başı dərddə: Ailə üzvlərini də Baş Prokurorluğa çağırdılarbackend

Serj Sarkisyanın başı dərddə: Ailə üzvlərini də Baş Prokurorluğa çağırdılar

Üçüncü prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onun ailə üzvləri Ermənistan Baş Prokurorluğunun “Əmlakın qanunsuz müsadirə edilməsi ilə bağlı idarə”sinə gəlməyiblər.

KONKRET.az oragir.news saytına istinadən xəbər verir ki, onlar ölkədən kənardadırlar.
“Sarkisyanın nümayəndələri prokurorluqla əlaqə saxlayıb və bildiriblər ki, ailə Ermənistanda deyil. Ailə isə avqustun 20-də idarəyə gəlməlidirlər”, – deyə nəzarət qurumundan bildirilib.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarkisyan, eləcə də oğulları Ayk və Narek hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
2021-ci ilin iyununda paytaxt məhkəməsi Narek Sarkisyanı qanunsuz silah, narkotik saxlamaqda və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib və buna görə 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Narek Sarkisyan xaricdə gizlənirdi, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb, bir il sonra Ermənistana ekstradisiya edilib. Onun kiçik qardaşı Ayk 2007-ci ildə adam öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda ittiham olunsa da, sonradan bu ittiham yenidən klassifikasiya edilib və iddia müddətinin başa çatması səbəbindən işə xitam verilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*