Qriqor Minasyan Ermənistanın ədliyyə naziri təyin edilib.
KONKRET.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyan Qriqor Minasyanı ədliyyə nazirinin müavini vəzifəsindən azad edib.
Qeyd edək ki, Minasyan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyanın qardaşıdır.
İqbal Rzayev,
KONKRET.az