Sərkisyan əsasını qoymuşdu, Azərbaycana təhvil verildibackend

Sərkisyan əsasını qoymuşdu, Azərbaycana təhvil verildi

“2017-ci ilin bu günü, yəni sentyabrın 1-də Ermənistanı “artsaxla” (Qarabağ – red.) birləşdirən yol təntənəli şəkildə istifadəyə verilmişdi. Açılış mərasimində Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan və “artsax lideri” Bako Saakyan iştirak edirdilər”.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

O, həmin yolun bir vaxtlar “strateji” önəm daşıdığını bildirib:

“Bu strateji infrastrukturun yaradılması “artsaxın” təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi istiqamətində böyük addım idi. Lakin 2020-ci ildə müharibədən sonra həmin yol Azərbaycana təhvil verildi. Ərazini tam itirməyimiz məhz bundan sonra dəqiqləşdi”.

Qeyd edək ki, Bako Saakyan 2023-cü ilə Qarabağda keçirilən 1 günlük antiterror əməliyyatları zamanı saxlanılaraq Bakıya gətirilib. O, Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunur və hazırda məhkəməsi davam edir. Sözügedən yolun Ermənistanın dövlət büdcəsi hesabına tikildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*