Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdə olanda müxalifəti pulla alıb. Və Dağlıq Qarabağın ətrafındakı 5 rayonunun milyardlarla dollarlıq investisiya əvəzində qaytarılması planını ABŞ-la müzakirə etdiyi üçün Rusiya Federal Kəşfiyyat Xidməti ondan narazı imiş.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Konstitusiyanın, ictimai asayişin mühafizəsi, terrorla mübarizə Baş idarəsinin keçmiş rəisi, general-mayor Tiqran Barseqyanın “Joqovurd” qəzetinə müsahibəsində (müsahibənin xülasəsini epress.am dərc edib- https://epress.am/ru/2019/12/20/%d1%81%d0%b5%d1%80%d0%b6%d1%83-%d1%81%d0%b0%d1%80%d0%b3%d1%81%d1%8f%d0%bd%d1%83-%d1%83%d0%b4%d0%b0%d0%bb%d0%be%d1%81%d1%8c-%d0%bf%d0%be%d0%b4%d0%ba%d1%83%d0%bf%d0%b8%d1%82%d1%8c-%d0%b4%d0%b0.html ) açıqlanır.
Barseqyan deyir ki, Serj Sərkisyan ölkəyə rəhbərlik edəndə konkret olaraq Qarabağ məsələsinə görə Daşnaksütun partiyası onun fəaliyyətindən ciddi narazı idi. O cümlədən eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Hərəkatı da kifayət qədər ciddi narazılıq ifadə edirdi.
“Serj Sərkisyan “Daşnaksütun” u və Levon Ter-Petrosyanı pulla ələ almağa cəhd etdi, bizdə olan informasiyalara görə Ter-Petrosyana 10 milyon dollar təklif etmişdi ki, ümumiyyətlə sussun. “Daşnaksütun” bu pulları aldı, amma Levon Ter-Petrosyan götürmədi”,-keçmiş xüsusi xidmət generalı deyib.
Keçmiş xüsusi xidmət generalı onu da bildirib ki, Milli Təhlükəsizlik Xidməti ölkəyə dəxli olan məsələlərlə bağlı tam həcmdə dinləmələr və əməliyyat-axtarış tədbirləri həyata keçirdi.
“Deyə bilərəm ki, kifayət qədər ciddi informasiyalar daxil olurdu, məsələn, ABŞ səfirliyinin əməkdaşı Lilit Ohanyanın mənzilindən. Orada dinləmə qurğusu yerləşdirilmidi və səfirliyin işçiləri, konkret olaraq səfirliyin siyasət şöbəsinin rəhbəri Stiven Benks və səfirin müavini Cozef Peninqton tez-tez həmin mənzildə olurdu. 2008-ci ildə Serj Sərkisyanın seçilməsindən etibarən onlar öz məruzələrində ölkədə soyğunçuluğun tüğyan etdiyini bildirirdilər. Serj Sərkisyanın maliyyə vəsaitlərinin mənimsənilməsində, ümumən ölkədəki məhdudiyyətlərdə şəxs rolu o qədər artmışdı ki, Amerika strukturları, beynəlxalq strukturlar həyacan təbili çalırdılar, bu haqda öz rəhbərliklərinə məlumat verirdilər. Öz məxfi məruzələrində, hansı ki, biz onları dinməmişdik, diplomatlar rəhbərliyə, məhz Mərkəzi Kəşfiyyat İdarəsinə və ABŞ-ın digər rəhbərlərinə Ermənistanın sürətlə gerilədiyini, onu cəzalandırmağın lazım gəldiyini bildirirdlər”,- deyə general bildirib.
Tiqran Barseqyan deyir ki, daxildə heç bir dəstəyinin qalmadığını görən Serj Sərkisyan problemləri xarici aləmin köməyi ilə həll etməyə çalışırdı. O, ABŞ prezidenti Barak Obama və vitse-prezident Cozef Baydenlə danışıqlar zamanı 3 milyard dollar investisiyanın əvəzində ətraf rayonları Azərbaycana qaytarmaq planını müzakirə etmişdi. (Barseqyanın müsahibəsindən bu epizodu ötən həftə oxuculara çatdırmışdıq,-red.).
Barseqyanın bildirdiyinə görə, Sərkisyanın müzakirə etdiyi Amerika planına Rusiya tərəfi qarşı çıxdı və nəticədə onun Qarabağa dair “satqıncasına planı” dalana dirəndi.
“2010-cu ildə bizim Rusiya Federal Təhlükəsizlik Xidməti ilə illik görüşümüz zamanı belə məsələ qaldırıldı: Rusiya generalitetinin nümayəndələri mənə dedilər ki, onların ali rəhbərliyi Serj Sərkisyanın Qarabağa dair fəaliyyətindən narazıdır. Mən bu haqda Qorik Akopyana (Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda sağ deyil) məxfi məruzə təqdim etdim, amma Akopyan bu sənədlə bağlı nə etdi, onu bilmirəm”, – deyə keçmiş xüsusi xidmət generalı bildirib.
virtualaz.org