Sərnişin avtobusdan yıxılaraq başından xəsarət aldı – VİDEObackend

Sərnişin avtobusdan yıxılaraq başından xəsarət aldı - VİDEO  

Abşeronda kişi avtobusdan yıxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Sərnişin başından zədə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*