Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan varbackend

Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan “Mersedes” markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan “Lada-Priora” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı vəziyyətinə uyğun olaraq müvafiq şöbəyə yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*